Azərbaycan Ordusunun iki hərbçisi İTKİN DÜŞDÜ

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Популярный ролик