Vilayət Eyvazov məmurun oğlunu rəis TƏYİN ETDİ - FOTO
- 19.04.2023, 08:34,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
![](/uploads/posts/2023-04/thumbs/1465809.jpg)
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.
Telexeber.az Unikal.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Vüsal Qələndərov təyinat alıb. O, bu təyinatadək Abşeron DYP-də baş inspektor işləyib.
Qeyd edək ki, V. Qələndərov Bakı Beynəlxalq Avtovağzalının direktoru Qəhrəman Qələndərovun oğludur. Qəhrəman Qələndərov daha əvvəl Nəsimi DYP-nin rəisi olub.
Xatırladaq ki, Binəqədi DYP-nin rəisi Cəmşid Hənifəyev təqaüdə göndərilib.
![](/uploads/posts/2023-04/thumbs/1681821170_845c73fd5168e0c-1.jpg)
Cəmşid Hənifəyev