Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırdı
- 25.04.2023, 09:06,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Cari il aprelin 21-də Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib.
Bu barədə Telexeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb", - məlumatda bildirilib.