"Gedin dayanın Əli Kərimlinin yanında" - Deputatdan həmkarına SƏRT SÖZLƏR
- 26.04.2023, 08:59,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Vahid Əhmədov yaxşı-pis deputat seçimi ilə də məşğuldur. Belə çıxır ki, burada oturan deputatlardan iki-üç nəfər çıxmaqla hamısı xaindir, xalq düşmənidir, saxta seçilib".
Telexeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclası zamanı deputat Razi Nurullayev deyib. Millət vəkili həmkarını mandatdan imtina etməyə çağırıb:
"O zaman nə əcəb özünüzə yaraşdırıb burada oturursunuz? Mandatınızdan imtina edin, gedin dayanın Əli Kərimlinin yanında. Hətta hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnı bizlər yox, digər ölkənin vətəndaşları tərəfindən belə paylaşılan xanım sədr Sahibə Qafarovanın adını çəkməyərək dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı?! Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir".
Qeyd edək ki, bir neçə deputat V.Əhmədovu bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə sərt tənqid edib. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, məsələyə İntizam Komissiyasında baxılacaq.