Telexeber.az a daxil olan bu xəbər, fotoda da göründüyü kimi sədr üçün ürək ağrısı olacaq.
31.05.2023 cü il tarixində baş vermiş hadisəyə heçbir aydınlıq gətirmək istəməyən Masallı rayon YAP nın sədr müavini İlkin Əzizov kürəyini güvənilir yerlərə yəni Masallı rayon YAP nın sədri Seyfəddin Əliyev ə söykəyib.
Hərbi əlilin mobil nömrəsinə zəng edib (yerini de səni ordan götüzdürüm,nömrənlə birgə yox edim) narahat etməsi, ölümlə hədələməsi kimi,çirkin əməllərin arxasında Seyfəddin Əliyev durur.Adı çəkilən hər iki harınlamış məmurun bu məsələyə biganəliyi bizi bu düşüncəyə vadar edir.
Hərkəsin diqqətini cəlb edən bu yazıya,nədənsə YAP ın sədri Seyfəddin Əliyev tərəfindən hüquqi qiymət verilmir və mətbuata qarşılıq susqunluq yaşamaqdadır. https://telexeber.az/gundem/11069-ikinci-qrup-hrbi-lili-thqirthdid-edn-qzcazn-gvndiyiarxaland-mmur-valideyinin-kimliyi-blli-oldu.html
Cənab Prezidentimiz,öz aləmlərində vəzifələrinə və çirkin yollarla əldə etdikləri sərvətlərə güvənərək siravi vətəndaşları əzə biləcəkləri düşüncəsi ilə yaşayan zavallı məmurcuqlara, öz çıxışlarında bu yoldan çəkinməkləri üçün, dəfələrlə xəbərdarlıq etmişdir.Ancaq görünür ki,Prezidentin bu xəbərdarlığını bəzi "məmurlar" qulaqardına vurur.
Biz ümüdvarıq ki,Seyfəddin müəllim bu məsələ ilə bağlı əldə olunmuş səs yazısına və foto fakta diqqətlə nəzər yetirib Telexeber.az a gərəkən açıqlamanı verəcək.
Qarşı tərəfi dinləyib,fikirlərini dərc etməyə hazırıq.