Bilmirəm,nədənsə,həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir.Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm.Ancaq nə yaxşı ki,yaxşı əməl sahibləri daha çox yadıma düşür.Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
_Dünyəvi həyat əkin kimidir,onun məhsulu o dünyada yeyilir.Bu o deməkdir ki,bu dünyada yaxşılıq edin ki,o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.Səxavətli insan Allaha, xalqa, behiştə yaxın,cəhənnəmdən uzaqdır.Paxıl və xəbis insan isə Allahdan, xalqdan,behiştdən uzaq,cəhənnəmə yaxındır.Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.Bu müdrik kəlamları elə-belə xatırlamadım.Yazımın konkret ünvanı var.İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm.O insandan ki,amalı,məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi,dara düşən,çətinliyə düçar olan insanların dadına çatır,heç kəsi naümid qaytarmır.Bu sözü,əməli,fikri xeyirlə yoğrulmuş insan Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovdur O,vətəninə,xalqına,torpağına bağlı bir insan,ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil Azərbaycanlıdır.Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Rəşad Cəbrayılovun sözünün əvvəli-axırı insandır.İnsanın dərdi,kamilliyi,qəhrəmanlığı,naqisliyi,nadanlığıdır.Bütün insanlar yaxşı əməl sahibi,xeyirxah olsaydı faciələr törənməz,qanlar axıdılmaz, ölkələr viran,uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Rəşad müəllim.Yaxşı insan və xeyirxah əməl ölməzdir.Nəcib, xeyirxah insanlar əməlləri,qurub yaratdıqları,nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir,xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.Rəşad Cəbrayılov bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir,hər birinə əlindən gələn köməkliyi göstərir,heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.Sadəlik insanın gözəlliyi,təvazökarlıq isə təbiəti,xarakteridir.Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Rəşad müəllimdə var.Heç nəyə biganə yanaşmır,hər zaman Şəhid ailələrinə,Qazilərə,aztəminatlı insanlara xüsusi qayğı göstərir,heç kəsdən bacardığı köməkliyi əsirgəmir.Rəşad Cəbrayılov sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür.İllər keçib,zaman dəyişsə də Rəşad müəllim dəyişməz qalır.Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir.Heç zaman jurnalistlərdən qaçmaz,onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır.Ən əsas xüsusiyyəti isə dəqiqliyi,qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılova uca Tanrıdan cansağlığı,uzun ömür,ailə səadəti diləyir,möhtərəm prezidentimiz İlham Əiliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.