Bakı Şəhər Yol Polisi İdarəsinin yarıtmaz fəaliyyətinin doğurduğu narazılıqlarla bağlı ölkə mətbuatında mütəmadi olaraq silsilə yazılar dərc olunmaqdadır. Fəaliyyəti ən çox tənqid olunan strukturların başında gəlməsinə baxmayaraq adı çəkilən qurumun məsul şəxsləri bundan nəticə çıxartmaq əvəzinə özbaşınalıq və qanunsuzluqlarını daha da genişləndirirlər.
Telexeber.az ın əməkdaşının bu günlərdə şahidi olduğu mənzərə həqiqətən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində təxirəsalınmaz islahatların aparılmasının vacibliyini bir daha təsdiq etməkdədir. Şahidi olduğumuz mənzərə burada qanunların işləmədiyini, kimlərinsə özünü qanundan üstün saydığını göstərir.
Fərid Əkbərov,Anar Rəsulov,İlkin Cəbrayılovun Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, 5-ci otaqda sərgüzəştləri...
99 UD 390 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğradığı üçün sürücü Nihad Muradlının əlindən yol polisi tərəfindən sənədləri alınıb və bildirilib ki,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 5-ci otağa yaxınlaşarsan.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində 5-ci otağa daxil olmamışdan öncə, vətəndaşlar üçün ayrılmış gözləmə zalında yarpaq dolması və tər iyindən dəyanmaq, sıranı gözləmək mümkün deyildi.Qapalı şəraitdə bucür dözülməz iyin gəlməsi normal haldır,çünki havalandırma sistemi mövcud olsada nədənsə işlək deyildi. Səbirsiz vətəndaşların növbəsinə girməmək üçün, üfunət iyinə birtəhər dözüb, hamı kimi növbəmizi qoruyub saxladıq.Ancaq sıra növbəsində olarkən bir çox halların şahidi olduq.İnispektora təqdim edəcəyiniz sənədlərin arasında ya qırmızı,yada sarı olmalıdır ki,işiniz daha asan alınsın.Yoxsa səni elə çıxılmaz quyuya salarlar ki,FHN nin xilas ediciləri belə harayına gəlsə səni qurtaramaz.
Rəngli puldan vermiyib qanunun aliliyini üstün tutan vətəndaşlarada şahid olduq. İşləri həmin o sözü gedən çıxılmaz quyuya salınmışdır,çarəsi isə ancaq səbirlə gözləməkdir.
Sıra növbəsində 5 saat gözlədikdən sonra axırı ki,içəridən qüstar üsulla bağlanan qapı açıldı və sıra bizdə olduğu üçün otağa daxil olduq.Onuda diqqətinizə çatdırım ki,bucür hazırlanmış qapılara əksəriyyət dövlət idarələrində rast gəlmək mümkündür.Məqsəd odur ki,çöldən kimsə qəfil girib hər hansısa alış verişə şahid olar.Ona görədə işlərini etibarlı görürlər.
Gördüklərimizi hal şahidi olaraq işıqlandırmaq məcburiyyətindəyik,çünki xalq bağlı qapılar arxasında əziyyət çəkir.Qəza törətmış sürücü və baş vermiş qəzadan ziyana düşən sürücü, fərqi yoxdu,hər iki tərəfin cibləri sirkələnir.