Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- 18.09.2023, 08:58,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.
Telexeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.
Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək. Nazirlər Kabineti əməkdaşları arasında şəxsi ünsiyyət, eləcə də ölkədaxili və xarici ezamiyyətlərin sayı azaldılacaq.
Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) jurnalistlərə bildiriblər ki, bütövlükdə ölkədə maska rejiminin tətbiqi hələlik planlaşdırılmır, lakin müəssisələrdə lokal məhdudiyyətlər ola bilər.