"Bu məlumat yalandır" - Paşinyandan gözlənilməz ETİRAF
- 22.09.2023, 08:55,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə Qarabağda mülki əhali arasında kütləvi tələfat barədə yayılan məlumatlar doğru deyil.
Telexeber.az "Caliber"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə canlı yayımda bildirib. O, Qarabağda atəşkəs rejiminə əməl olunduğunu da vurğulayıb.
Qeyd edək ki, ermənilər sosial şəbəkələrdə və Teleqram kanallarında Azərbaycan Ordusunun guya mülki əhaliyə atəş açması və mülki əhali arasında itki olması barədə yalan məlumatlar tirajlayırlar.