Prezident üçqat dünya çempionunu mükafatlandırdı

Prezident üçqat dünya çempionunu mükafatlandırdıDekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Telexeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.
Tədbirdə digər idmançılarla yanaşı ikiqat dünya çempionu Ramil Əhmədov da Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif edilib.

Ramil Əhmədov pauerliftinq üzrə ikiqat dünya, yeddiqat Avropa çempionu,əməkdar idman ustasıdır. Bu yaxınlarda isə pauerliftinq üzrə Şərqi Avropa çempionatında gümüş medala layiq görülüb. Yarış Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.
Yarışda Ramil Əhmədov 100 kq-a qədər çəki dərəcəsində mübarizə aparıb və onun çəkisi 95 kq-dır.
Популярный ролик