Həbs edilən Arif Hacılının oğlundan xəbər var
- 07.11.2023, 09:39,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, şikayətə sabah, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.