Polis bizimdir, bizi qoruyur



Azərbaycan polisi son illərdə ciddi yenilənməsi, təkamülü və sıravi polislərdən tutmuş, generallara qədər bütün səviyyələrdə mərhələli fəaliyyət təminatı baxımından ölkənin sütunlarından sayılacaq qüruma çevrilib.Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur.

Diqqətinizə çatdırım ki,yaxın günlərdə Telexeber.az ın rəhbəri Vasif Həsənov, vətəndaş müraciəti əsnasında apardığı ilkin araşdırmalarda qarşı tərəfin təhqirinə və təhdidinə məruz qalmışdır.Müraciətimizdən dərhal sonra Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi Əhməd Məlikovun tapşırığı əsnasında bizi qoruyan Polis əməkdaşları oldu və biz mətbuat olaraq Polisimizlə hərzaman fəxr etmişik.Polisin mətbuat işçiləri ilə dostluğunun hər zaman şahidi olmuşuq.Məs bu və digər xidmətlərə görə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Cənabına öz xüsusi minnətdarlığımzı bildiririk.
Qeyd etmək lazımdır ki, bu peşəni seçən hər bir insan özü ilə bərabər doğmalarını da bu riskin çətiri altında yaşamağa məhkum edir. Adam bəzən hissə qapılır və polisin fəaliyyətində riskin miqyasını görə, qiymətləndirə bilmir. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Əslində polisin hər bir uğuru, peşəkarlığı bu cür əsassız iradlara və yersiz böhtanlara verilən ən yaxşı cavabdır. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

44 günlük Vətən Müharibəsi sadəcə, xalqın və Silahlı Qüvvələrin düşmənlə mübarizəsi, işğal altında olan torpaqlarımızın azadlığa qovuşması üçün cəngi olmadı.Həmin günlər Azərbaycan polisinin də ən geniş miqyasda, fərqli formalarda və ən mürəkkəb şəraitlərdə sınağa çəkildiyi zaman oldu.
Vətən müharibəsində Azərbaycan Daxili İşlər Nazirliyinin hissələri vətənimiz və xalqımız üçün taleyüklü savaşda düşmənlə üzbəüz gələrək vuruşdu, ən ağır döyüşlərə qatıldı.Qarabağın azadlığı təşnəsində olan əsgərlərimizin polad səfləri düşmən atəşi altında azacıq seyrələn kimi o sıralara, müzəffər ordumuzun yanına, döyüşə can atan əsgərlərlə çiyin-çiyinə durulacaq məkanlara Azərbaycan polisinin elitar hissələri yeridi.

Polislə əhali arasında ictimai tərəfdahlıq möhkəmlənməkdədir. Məhz bu səbəbdən əhali ilə polis arasındakı məsafə azalır, cəmiyyətin hüquqi inteqrasiyası baş verir və sonucda polis sadəcə, ictimai asayiş keşikçisi yox, vətəndaşın güvəndiyi dövlət mənsublarına dönürlər.

Ölkəmizdə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Polisin işinə az-çox bələd olanlar bilir ki, cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Bu uğurlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Son zamanlar radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Onlar vətəndaşlarla polis arasında olan münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər. Amma həmin qüvvələr onu anlamalıdırlar ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir.
Bir sözlə, polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keşiyindədir. Polis məni, bizi, sizi, beləliklə də hamımızı qoruyur. Ona görə də, biz də vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.
Популярный ролик