Bahar Muradova məktəblinin təhqir edilməsinə münasibət bildirdi


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 156 saylı orta məktəblə bağlı bullinq hadisəsinə və yayılan videoya münasibət bildirib.

Telexeber.az xəbər verir ki, Dövlət Komitəsinin sədri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.


O, maarifləndirmə işlərinin davamlı aparıldığını söyləyib: “Təkcə Dövlət Komitəsi yox, digər aidiyyəti orqanlarla da əlaqələndirilmiş fəaliyyət var. Lakin bu hallardan heç kim sığortalanmayıb. Nə qədər iş görülsə də, bu cür hallar baş verir. Hansısa mənfi hadisənin olması o demək deyil ki, iş görülməyib. Nə qədər insanlıq, cəmiyyət var, cinayət də törədilir. Əslində, insanlıq əleyhinə cinayətin ən böyüyü onun qətlə yetirilməsi, yaşamaqdan məhrum edilməsi, daha geniş mənada soyqırımı cinayətləridir. Amma yenə də bu baş verir. Görülən işlərlə belə hadisələrin sayını azaltmaq, müəyyən qədər qarşısını almaq, insanları daha çox maarifləndirmək, məsuliyyətə çağırmaq mümkündür. O başqa məsələdir ki, insanlar məsuliyyətini necə dərk edirlər”.
Популярный ролик