Magistraturaya qəbul imtahanında dəyişiklik edildi - RƏSMİ
- 05.03.2024, 15:08,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq.
Telexeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır:
"Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq".