O da hər kəsə bəllidir ki, bu gün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında və digər sahələrində çalışan əməkdaşlardan bəziləri, baş verən bir çox cinayət hadisələri ilə bağlı addımlarını atarakən, mövcud qanunvericiliyin tələblərini deyil, hansısa maraqlarının təmin olunmasını öndə tuturlar. Belə bir səbəblər üzündən də, çoxsaylı vətəndaşların Konstitusiya ilə müdafiə oluna hüquqları tapdaqlar altına atılır. Bu da o demək olur ki, həmin şəxslər belə bir addımlarını atmaqla, əslində çoxsaylı vətəndaşların dövlət –hakimiyyət orqanlarından narazı qalmaların şərait yaradırlar.
Məsələn, bugünlərdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən-3, korpus-108, ev-50 ünvanda yaşayan Həsənov Vasif Vaqif oğlu Gundemxeber.az saytının redaksiyasına təkrar yazdığı ərizəsində qeyd edir ki, “Bu ilin iyun ayında, saat təqribən 18:00 radələrində atam Həsənov Vaqif İsgəndər oğlu, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu “SOCAR”ın mühəndisi, 1985-ci il təvəllüdlü Kazımov Rüfət Urfan oğlu idarə etdiyi “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobili ilə vurur. Atam aldığı xəsarətlərdən ölümcül vəziyyətə düşür və onu təcili tibbi yardımla xəstaxanaya apararkən yolda dünyasını dəyişir. Hadisəni törədən Rüfət Kazımov polis əməkdaşları tərəfindən saxlanılır və adı çəkilən şəxsin idarə etdiyi avtomobil isə, cərimə meydançasına aparılır. Baş verən ölüm faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 190040369 nömrəli cinayət işi başlanır və toplanmış iş materialları Binəqədi RPİ-i, İŞ-nin müstəntiqi, polis kapitanı Aslanov Tural Akif oğlunun icraatına verilir. Müstəntiq Tural Aslanov istintaq araşdırmalarını apararkən, sənədləşmə işlərini elə düzüb-qoşur ki, guya atam qəflətən Binəqədi rayonunun Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkətdə olduğu yola çıxır və Rüfət Kazımov da məcburiyyət qarşısında qaldığından onu vurur. Düzdür, ilk əvvəllər mən işi aparan müstəntiqə çox inanırdım və hesab edirdim ki, o, hadisənin baş vermə səbəblərini düzgün sənədləşdirir.
Elə ki, həmin vaxtlarda Tural Aslanova hadisənin baş verdiyi görüntüləri özündə əks etdirən kamera çəkilişlərinə baxmaq istədiyimi bildirdim, o halda o, “Sən heç də darıxma, biz kamera çəkilişlərinin əldə olunması ilə bağlı DİN-ə müraciət etmişik. İnşallah bizə cavab verəcəklər, o halda biz sənə hadisənin necə baş verdiyini özündə əks etdirən kamera çəkilişini göstərərik” dedikdə, mən onun belə bir “yağlı vədlər”inə inandım. Elə ki, hadisənin baş verdiyi gündən bir aya yaxın vaxt keçdi və ölüm faktı ilə bağlı çəkilişə “AFTOSFER.az” saytına yerləşdirilmiş çəkilişə baxdım, o halda gözümlə gördüklərimə inanmadım. Yəni, həmin çəkilişə baxdıqda məlum olur ki, atam Həsənov Vaqif İsgəndər oğlu müstəntiq Tural Aslanovun bildirdiyi kimi, heç də nəqliyyat vasitələrinin hərəkət etdiyi yola çıxmayıb. O, Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu Kazımov Rüfət Urfan oğlu idarə etdiyi avtomobili ilə vurur. Yəni, yaxınlıqda olan TŞ80009 və TŞ8-009 nömrəli kameralardan əldə olunan çəkilişlər, məhz əsl həqiqəti ortaya çıxarmağa imkan verib.
Deməli, müstəntiq Tural Aslanovun baş verən ölüm faktına fərqli prizmadan yanaşmasının müəyyən səbəbləri olur. O halda sual oluna bilər ki, görəsən müstəntiqin baş verən ölüm faktını olduğu kimi deyil, öz marağı çərçivəsində sənədləşdirməsinə səbəb nə olur? Baş verən ölüm faktı ilə bağlı müstəntiq Tural Aslanovun belə bir yanaşması ortaya bəzi sualları çıxartsa da, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sonrakı ekspert rəyi və Binəqədi rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun 23 yanvar 2020-ci il tarixdə (İş №1(001)-36\2020) çıxartdığı hökm, məhz ortaya daha çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Çünki, Binəqədi rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli 1(001)-36\2020 saylı hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Kazımov Rüfət Urfan oğluna bəraət verilməsi, həmçinin adı çəkilən bu şəxslə bağlı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbirinin ləğv edilməsi hökmü çıxarılmışdır.
İndi isə baş vermiş cinayət hadisəsi ilə bağlı toplanmış iş materialları Binəqədi rayon Məhkəməsinə icraatına verildikdən sonra, qol qoyulan qanunsuzluqların varlığına diqqət yetirək. Yəni, cinayət işinin materiallarında olan 29 iyul 2019-cu il tarixli 18983 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsindən verilmiş məlumatlara əsasən, “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Rüfət Urfan oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, məhz hadisənin qarşısını almağa imkanı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 18983 nömrəli rəyində göstərilir ki, piyada yola çıxandan 03 saniyəyə 1, 85 metr məsafə qət etdikdən sonra hadisə baş verir.
17 sentyabr 2019-cu il tarixli 23027 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində də, “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Rüfət Urfan oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
Ayrı-ayrı vaxtlarda verilmiş iki ekspert rəyindən sonra, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında yenidən məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin edir. 26 dekabr 2019-cu il tarixli 31377 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində isə qeyd olunur ki, piyadanın səkidən iti sürətlə qaçaraq avtomobil yoluna daxil olması vurulmaya kimi 1,0 saniyə vaxt keçir. Maraqlı o haldır ki, ekspert rəyində 1,0 saniyənin necə hesablandığı heç də qeyd olunmur. Necə olur ki, əvvəlki ekspert rəyində 3 saniyə hesablanan vaxt, bir qədər vaxt keçdikdən sonra keçirilən ekspertiza zamanı 1,0 saniyə hesablanır. Hətta, məhkəmə hökm çıxarmazdan öncə hadisəni törətmiş Kazımov Rüfət Urfan oğlunun avtomobili yüksək sürətlə idarə etməsi halı da nəzərə alınmır. Video görüntülərdən də görünür ki, Rüfət Kazımov idarə etdiyi avtomobili sürətlə sürür. Əgər o, sürətlə hərəkətdə olmasaydı, o halda hadisəni törətməzdi. Bu da onu söyləməyə əsas verir ki, sonrakı dəfə keçirilən ekspertiza zamanı sürət həddi ilə bağlı xüsusatlar nəzərə alınmamış və lazımınca da araşdırılmamışdır. Hətta, “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobilin texniki göstəriciləri, əyləc sisteminin saz və ya nasaz olması ilə bağlı tədqiqat da aparılmamışdır.
İş materiallarında olan 11 iyun 2019-cu il tarixli, 83 nömrəli Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspert rəyindən də görünür ki, Həsənov Vaqif İsgəndər oğlunun meytində aşağıdakı xəsarətlər- sağ təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı, beyin qaşaları altına və maddəsinə qansızmalar, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol tərəfi 5-ci, 6-cı və 7-ci qabırğalarının sınığı və sol ağciyər toxumasına qansızma, gicgah nahiyəsinin, sol qulaq seyvanının ön səthinin, sol bazunun ön səthinin, sol saidin arxa səthinin, bel nahiyəsinin, sol açıq-baldır oynağının iç səthinin sıyrıqları həyatı olub, ölümündən az əvvəl bərk küt aşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vurmaya aiddir.
Ekspert rəyindən də görünür ki, bu şəxsin aldığı xəsarətlər saatda 60 km sürətlə hərəkət edən avtomobilin zərbəsindən əmələ gələ bilməz. İş materiallarında olan şahid ifadələrindən də görünür ki, hadisə anidən baş verməmişdir. Yəni, həmin avtomobildə olan digər sərnişin Kazımova Selcan Vaqif qızı verdiyi ifadəsində “piyadanın uzaq məsafədən iti sürətlə gəldiyini gördük” deyə ifadə verib. Bütün bunlar da onu söyləməyə əsas verir ki, baş verən ölüm hadisəsi ilə bağlı aparılan araşdırmalar, Məhkəmə Ekspertiza Mərkəzinin sonrakı ekspert rəyi və 23 yanvar 2020-ci il tarixdə Binəqədi rayon Məhkəməsində çıxarılmış hökm qanunun tələbləri əsasında deyil, hansısa maraqlar çərçivəsində icra olunmuşdur”.
Yaşananları təhlil etməklə belə bir qənaətə gəlmək olar ki, yaşanan faciə ilə bağlı araşdırma aparan qurumlarda səlahiyyət sahibi olan şəxslər əsl həqiqətləri üzə çıxarmağa deyil, əslində həqiqətləri ört-basdır etməyə çalışmışlar. Belə bir halın varlığı da, Həsənov Vasif Vaqif oğlunun Konstitusiya ilə qorunan hüquqlarının tapdaqlar altına atılmasına və cinayəti törətmiş şəxsin məsuliyyətdən azad olunmasına imkanlar açır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
GundemXeber.Az