Binəqədi rayon 1 ci mədən yaşayış massivində qonşu hiyləgərlik işlədərək,avtomobil almaq fikirində olan qonşusuna kələk gəlib. Nə az,nə çox 1000 (min) manat pulunu ələ keçirtdi. Hadisə Yasaml rayon ərazisində təqribən beş ay öncə baş verib,tanıdığı bildiyi hərkəsə hay salan şikayətçi İsgəndərov Elşad Farix oğlu ucuz və keyfiyyətli avtomobil axtarışında olduğunu bildirb.Bundan xəbər tutan qonşusu, Quluyev Asim Nizami oğlu fürsəti əldən qaçırtmayıb,Elşada yaxınlaşıb bildirib ki,dostu Əzizov Teymur Tiflis oğlu elə bu işlərnən məşquldur,xahiş edərəm sənə ucuz və keyfiyyətli avtomobil tapmağında köməklik edər.Elə çox keçməyib ki,Asim Elşada zəng vurub bildirib: -dostum Teymurla danışdım əlində hal hazırda banka məxsus Hunday Sonata markalı avtomobil var 15000 manata deyir,ancaq mənim qonşum olduğun üçün sənə güzəştə gedib qeyd edilən avtomobili 10000 manata verəcək,razısansa gedək baxaq. Şikayətçi Elşad, Asimin bu təklifi ilə razılaşır,Teymurla görüşüb bir yerdə Yasamal rayon, Tbilisi prospektində yerləşən DYP nın cərimə meydançasına gedirlər və nətər olur saa,gözətçi Teymura görə Asimlə Elşadı içəri buraxır.Teymurun göstərdiyi Hunday Sonata markalı avtomobilə çöldən çölə baxış keçirdirdib,Yasamal rayon ərazisində birgə çay süfəsinə əyləşib satılacaq olan avtomobilin qiymərini və ödənişini müzakirə edirlər. Bu an Teymur bildirir ki,avtomobili bəyəndinsə 1000 manat beh ver iş dəqiqləşsin.Elşad, Teymurun bu təklifinə qarşılıq bildirir ki,mənim sənə əlbəəl ödənişimi səhər işimiz alınmasa kimə necə sübüt edəcəm? Gözləri dönmüş hiyləgər dostlar əlacsızlıqdan belə qərara gəlir ki,onda 1000 manatı terminal vasitəsi ilə at Əzizov Teymur Tiflis oğlunun kapital bank hesabındakı şəxsi kartına.Elşad, dəlil sübut olaraq Teymurun kartının şəklini və hesabına köçürtdüyü 1000 manat ödənişin qəbzini özündə saxlayır. Üstündən aylar keçməsinə baxmayaraq sonda ümüdünü itirən Elşad 2023 cü ilin 12 ci ayında yaşadığı ərazi üzrə Binəqədi rayon polis idarəsi 43 cü polis bolməsinə yaxınlaşıb şikayət ərizəsi yazır,əldə etdiyimiz məlumata əsasən vətəndaşın şikayətinə sahə inspektoru baxıb və qərara alıb ki, Mülkü və mübahisəli məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyi nəzərinizə çatdırırıq. Hörmətlə,Rəis- Əhməd Məlikovun imzası. Ümüdünü itirmiş vətəndaş, şikayətçi İsgəndərov Elşad Farix oğlu Telexeber.az a müraciət etdi və başına gələn hadisəni işıqlandırıb aidiyyatı üzrə çatdırmağımızı bizdən xahiş etdi. İlkin olaraq qarşı tərəfi Quluyev Asim Nizami oğlu nu dinlədik,Asim səs yazısında bildirir ki,Elşad atılmalı idi.O,yaxşı adam deyil,axmaq adamdı.Mən istəsəm o pulu ona günü bugün qaytararlar və daha nələr nələr dedi.Bizə təqdim edilən faktları və Asimin bu işlə bağlı səs yazısını yutub səhifəmizdə paylaşmışıq,tanış ola bilərsiniz. Vətəndaş 18.04.2024 cü il tarixində 102 Daxili İşlər Nazirliyi zəng mərkəzi müraciət etmiş,şikayətini bildirmişdir.Dərhal sonra vətəndaş İsgəndərov Elşad Farix oğlunun mobil nömrəsinə zəng gəlmiş Yasamal RPİ-nin 28 ci PŞ-nə dəvət edilmiş.Qeyd edilən tarixdə Təhqiqatçı Azər müəllim şikayətçini qəbul edib ərizəsini almış,ancaq Azər müəllimin hal vəziyyəti pisləşdiyi üçün təhqiqat araşdırma işi təhqiqatçı Roman müəllimə verilmiş.Təhqiqatçı işi qanuna müvafiq qaydada araşdırmış və 178 ci maddə ilə Yasamal rayon polis idarəsinə göndərmişdir.Hal hazırda şikayətçinin şikayəti əsnasında 178 ci maddə ilə cinayət işi açılmış, iş Yasamal rayon polis idarəsində müstəntiq Azər İsmayılzadə tərəfindən baxılmaqdadır.Azər müəllimin iş pirinsipinə biz qarışa bilmərik,ancaq onu diqqətə çatdırmaq istəyirik ki,Yasamal RPİ-nin 28 ci polis bölməsində 178 nən açılan cinayət işi necə olur ki,Yasamal rayon polis idarəsində bağlanır.Axı zərər çəkmişə dəyən ziyan ödənilimiyib,Əzizov Teymur Tiflis oğlunun satılır deyə göstərdiyi avtomobil əslində kimə məxsusdu araşdırılmayıb,onuda diqqətinizə çatdırım ki,Əzizov Teymur Tiflis oğlu ərizəsində qeyd edib ki,bəli İsgəndərov Elşad Farix oğlu mənə məxsus kapital bank hesabıma min manat pul köçürmüş və məndə min manatı Quluyev Asim Nizami oğlu ilə tən yarı bölmüşəm.Burdan belə başa düşmək olar ki,bu iş planlı şəkildə görülüb və məqsəd İsgəndərov Elşad Farix oğlunun pulunu əldə etmək olub. Bu işlə bağlı əlimizdə yetəri qədər fakt,sübut var.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən və Respublika Prokrorluğundan xahiş edirik ki,bu məsələdə vətəndaş İsgəndərov Elşad Farix oğluna köməklik olunsun. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda ... Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları daim dilimizdə əzbər olaraq qalacaq.