ABŞ Azərbaycanın şirkətinə sanksiya tətbiq etdi
- 02.05.2024, 09:10,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.
Telexeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə deyilir.
Məhdudiyyət 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.Sanksiyaya məruz qalanlar arasında Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyə şirkətləri də var.
Sanksiya tətbiq olunan Azərbaycan şirkəti isə “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır.
Şirkət anti-Rusiya sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur. Sənəddə qeyd edilir ki, qara siyahıya düşən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən Rusiya iqtisadiyyatının sektorları ilə işləyir və ya işləyirlər.