MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı
- 19.07.2024, 20:54,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Telexeber.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.
Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.
Beləliklə, MSK-da ümumilikdə 25 siyasi partiyadan 585 səlahiyyətli nümayəndə qeydə alınıb.