İsrail hərbçilərinə Azərbaycandan çıxmağı əmr etdi

İsrail ordusu öz hərbçilərinə Azərbaycan və Gürcüstandan çıxması ilə bağlı əmr verib.

Telexeber.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda hərbi xidmətdə olan və hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsinə səfər etmiş İsrail vətəndaşlarına dərhal İsrailə qayıtmaq əmr olunub.

Bildirilib ki, bu addıma səbəb Gürcüstan və Azərbaycanın İrana yaxın olması və bu ölkələrdə İran vətəndaşlarının yaşaması, həmçinin, Azərbaycanın İranla ümumi sərhədinin olmasıdır.
Популярный ролик