Sakinlər şikayət edir və şikayət əsnasında video fakt təqdim edir,bizdə mətbuat olaraq işıqlandırıb aidiyatı orqanlara çatdırırıq ki,xalq,millət yazıqdı.Xahiş edirik bu şikayət araşdırılsın.Deyəcəksiniz ki,bəs qarşı tərəfin mövqeyini niyə örgənmirsiniz?
Bu suala cavab olaraq onu qeyd etmək istəyirəm ki,bu yaxın günlərdə vətəndaş Gəncə şəhər mənzil kamunal təsərrüfat istehsalat birliyinin rəisinə müraciət edir ki,yaşadığım ünvanın dam örtüyü zədələnib,pəncərəm sınıb.Xahiş edirəm köməklik edin.Nurəhməd Əhmədovda tənbəllik etməyib yuxarı istansiyalara və müraciət edən vətəndaşa bildiriş məktubu göndərib ki,birliyin təmir-tikinti,qəza və təchizat şöbəsinin işçiləri tərəfindən sözügedən binanın dam örtüyünün mənzilinizə aid olan hissəsində su ötürücü novdan,su axıdıcı borular təmizləndi və pəncərə təmir edildi.Bu boyda iş görəsən amma kağız üzərində, hələ bir utanmayıb altınnanda qol çəkib təsdiq edəsən.Vətəndaş bərpa olunan dam örtüyünü və pəncərəni görə bilmir,çünki heçbir iş görülməyib.Bu yalançı məmura qarşı tərəf deyib necə mövqe əldə edim.Axı mənədə yalan danışacaq.
2 ci şikayət. Gəncənin mərkəzi küçələrindən biri (şahsevərlər məhləsi) cavad xanın adını daşıyan küçə bərbad gündədi video çəkiliş atıblar.Biz şəxsən baxdıq utandıq,sizi bilmirəm.
3 cü şikayət. Yenə Nurəhməd Əhmədovun insanlığa sığmayan macəraları,bu səfər öz işçisi üzünə durdu.Mənzil kamunal təsərrüfat istehsalat birliyin də sürücü işləyən şəxs isyan edir ki,iş saatından artıq işlədirlər,texnikalar bərbad vəziyyətdədir.Səsini çıxartdığına görədə trudavoyunu ləkələyib işdən azad ediblər.
4 cü şikayət. Gəncə şəhəri sevincim şadlıq sarayının qarşısı,Üzeyir Hacıbəyov küçəsində yolun ortasına torpaq,qum töküblər və bu səhnənkarlığın əziyətini,bəlasını yenə sakinlər çəkir.Neçə-neçə avtomobillər qəzaya uğrayıb,zərər çəkib.Təmir tikinti gedilən bir yolda hərhansı bir işarə qoymaq olmazmıdı ki,bədbəxt,kasıb vətəndaşa zərər dəyməsin,qəza olmasın.
5 ci şikayət.Gəncə şəhəri kərpic zavod qəsəbəsi sözün əsil mənasında desək zibil günündədir.Zibillə dolub daşan qəsəbəni üfunət iyi bürüyüb.
6 cı şikayət.Gəncə şəhərində 21 yanvar 2014 cü ildə Ulu öndərimiz Heydər Əliyevin adına verilmiş park və müzey indi bərbad vəziyyətdədir.Buna görədə vətəndaş Gəncə Şəhər icra başçısını qınayır ki,xarici ölkələrdən vətənimizə,Gəncəmizə qonaqlar gəlir.Mən bir vətəndaş olaraq istəməzdim ki,xarici ölkənin vətəndaşı Azərbaycanın 2 ci ən böyük şəhəri olan Gəncəmi gəlib bu biyabırçı vəziyyətdə görsün.
7 ci şikayət.Tarixdə Topal Teymurun bir sözü var-at belində dünyanı işğal etmək asandı,at belindən düşüb onu idarə etmək çətindi.Gəncədə Şəhidlər xiyabanın görüntüsü hərkəs kimi mənidə üzdü,mənidə narahat etdi.Sözün əsilmənasında baxımsız qalıb və bunu videda özünüzdə görəcəksiniz.
Əziz və çox hörmətli Telexeber.az ın izləyiciləri.Qeyd etdiklərimiz hər xəbərə əsasan vide kadırlar,fakrlar bizdə mövcuddur.Gələn səhifəmizdə diqqətinizə çatdıracağımıza sizə söz verirəm.Bizi izləyin.ardı var.