Zoya Eldarova istefa verdi - FOTO
- 26.08.2024, 22:36,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.
Telexeber.az bildirir ki, bu barədə Bizim.media-ya Zoya Eldarovanın özü məlumat verib. O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.
Məlumata görə, Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.
Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.