Millenium şadlıq sarayında toy ərəfəsində baş vermiş biyabırçılıq və bu biyabırçılığı əks etdirən video kadra diqqət edən hərkəs bundan sonra dahada diqqətli olmalıdır.Adı çəkilən şadlıq sarayında, toyun sonlarına yaxın süfrələrə paylanası olacaq dondurma natəmiz şəraitdə müştərilərə (qonaqlara) təqdim edilib.Bu biyabırçılıq ofisiant tərəfindən bilərəkdən və yaxud bilməyərəkdən edilsədə, əsas biyabırçılıq odur ki,gigiyenik qaydalara restoranda nəzarət edilmir.Necə deyərlər bu aysberqin görünən hissəsidir,göz qabağında bu natəmizliyi rahatçılıqla edənin mətbəxi nə gündə olar? Bax bu sualın cavabını Gigiyena və Epidemiologiya Mərkəzindən eşitmək istərdik,təbiki müəyyən toxlamalardan sonra. Biyabırçılığı video lentə alan şəxs bildirir ki,bu problemdən dərhal sonra administratoru çağırdıq və iradımızı bildirdik,sanki heçnə olmamış kimi "burda nə var ki" deyib aralaşdı. Yaranmış problemlə bağlı qarşı tərəfədə söz haqqı verdik,dinlədik.Bildirdilər ki,problemi yaradan ofisiant işdən uzaqlaşdırılıb və problemi əks etdirən sosial şəbəkədə yayılmış videoya gəldikdə isə onu bildirdilər ki,əlimizdə bu işə baxan xakkerlər çoxdu həll edəcəyik.Əli qolu uzun olan bu sahibkar yəqin ki,bəzi yoxlamalardanda üzü ağ çıxacaq.Xalqıma,millətimə və Telexeber.az ın daimi izləyicilərinə burdan səslənərək bildirmək istərdim ki,öz sağlamlıqlarını düşünərək bucür natəmiz yerlərdə dahada ehtiyatlı olsunlar.