Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı
- 09.01.2025, 09:08,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.
Telexeber.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.
D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.
Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.