
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır.Ancaq bu humanitar yardımı ehtiyacı olanlara yox öz qohum əqrabasına paylayan Saatlı rayon Qızıl Aypara cəmiyyətinin sədri Cəfərov Fizuli dərk edə bilmir ki,dövlət tərəfindən ayrılan yardım kasıb,yoxsul,əlil insanlar və ailələr üçün nəzərdə tutulub.
Telexeber.az a müraciət edən Kazımov Şakir İdayət oğlu bu durumnan çox narzıdır.O bildirir k,Mən Kazımov Şakir İdayət oğlu Saatlı rayon qeydiyyatında,ailəmlə birgə yaşayıram,birinci qurup əliləm.Dolanışığım zəif olduğu üçün məndə bu yardımdan yararlanmaq istədim və üz tutdum Saatlı rayon Qızıl Aypara cəmiyyətinə.Sədr Cəfərov Füzuli məni iş otağından, yəni dövlətin idarəsindən qovaladı və bildirdi ki,sənə pay,yardım düşmür.
Günün yarıdan çoxunu çəyxanalarda keçirən və qohumbazlığı ilə dillərə dəstan olan Saatlı rayon Qızıl Aypara cəmiyyətinin sədri Cəfərov Füzulinin yəqin ki,bu barədə Telexeber.az a bir açıqlaması olacaq.
Saatlı rayon Qızıl Aypara cəmiyyətinin sədri Cəfərov Füzuli qarşı tərəf olaraq məsələyə öz mövqeyini bildirdi:
- Qızıl Aypara cəmiyyəti yardım fondu deyil.
- Kazımov Şakir İdayət oğlunun (şikayətçinin) sənədləri tərifimizdən qəbu edilib,ancaq qeydiyyata götürülməyib. Köməkliklə bağlı şəxsin özünədə məlumat verilib ki,idarəyə əlavə köməklik daxil olarsa sizin müraciətiniz diqqətimizdədir.
- O ki,qaldı qohumçuluq məsələsinə.Mən ayrı seçkilik edə bilmərəm,şəxs müraciət edir,tərəfimizdən qeyd edilən ünvana baxış keçirilir,araşdırılır və ailəyə mümkün dərəcədə köməklik göstərilir.Müraciət edən şəxs qohumumda olsa belə qanun çərçivəsində araşdırılıb,yardım edilir.
- Bir məsələyədə toxunmaq istərdim ki, Kazımov Şakir İdayət oğlunun (şikayətçinin) bacısı Əlizadə Şabikə İdayət qızı həyat yoldaşından ayrılıb 1 övladı var,Nizami küçəsi ev 23 ünvanında yaşayır.Bizə müraciət edib,xahiş edib ki,dolanışığımız gəlir yerimiz yoxdur.Bizdə Saatlı rayon Qızıl Aypara cəmiyyəti olaraq müraciəti araşdırdıq və ailənin gəliri olmadığını nəzərə alaraq ailəyə yardım payı ayırdıq.
Hər işimiz şəffafdır,edilən yardımlarla bağlı qeydlərimiz olunur və araşdırma aparmaq üçün hərkəsə qapımız açıqdır.