Azərbaycan XİN Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi
- 15.06.2026, 10:52,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Xarici İşlər Nazirliyi Milli Qurtuluş Günü münasibətilə bütün soydaşlarımızı təbrik edib.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşımın edilib:
"Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur. Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq!"