"Milli-mənəvi dəyərlərin qorunması hər bir gəncin vətəndaşlıq borcudur" - Ramin Məmmədov

"Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir gəncin əsas vəzifələrindən biridir".

Telexeber.az xəbər verir ki, bu fikirləri Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan "Məzun günü" tədbirində çıxışı zamanı səsləndirib.
Sədr vurğulayıb ki, təhsil illərində qazanılan biliklərlə yanaşı, milli kimliyə, dövlətçilik ənənələrinə və mənəvi dəyərlərə sadiqlik də gənclərin formalaşmasında mühüm rol oynayır:

"Milli-mənəvi irsin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın həm mənəvi borcu, həm də vətəndaşlıq məsuliyyətidir".

Sədr məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, əldə etdikləri bilik və bacarıqları dövlətə və cəmiyyətə layiqincə xidmət istiqamətində istifadə edəcəklərinə əminliyini ifadə edib.
Популярный ролик