Ermənistan parlamentinin sədri dəyişir
- 26.06.2026, 09:35,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Ermənistanın hakim partiyası olan Vətəndaş Müqaviləsi Partiyası parlamentin sədri vəzifəsinə Ruben Rubinyannın namizədliyini irəli sürüb.
Telexeber.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rubinyan bu vəzifə üçün hakim siyasi qüvvənin seçdiyi namizəddir.
Hazırda Ermənistan parlamentinə Alen Simonyan rəhbərlik edir. Ruben Rubinyan eyni zamanda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə kimi fəaliyyət göstərir.