2020 ci il Azərbaycan xalqı üçün heçdə düşərli il olmadı desək yanılmarıq.Bir tərəfdən erməni dığalarının sərhəd boyu atəşkəsi pozması (təbi ki,layiqli cavablarını aldılar),bir tərəfdəndə,COVİD 19 bəlası hərkəsi qorxu içinə saldı.Ancaq Prezidentimizin göstərişi və iradəli addımları sayəsində, bu iki bəlaya qalib gələcəyimizə inanırıq.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Qəbələ rayonu Vəndam qəsəbəsində İcra nümayəndəsi və bələdiyyəsi tərəfindən aztəminatlı ailələr, ahıl və tənha yaşayan vətəndaşlar daim diqqət mərkəzində saxlanılır. Onların problemləri dinlənilir, müvafiq sosial xidmətlər göstərir, zəruri ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Həmin vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılır. , Veteranlara və Şəhid Ailələrinə evlər tikilib, aztəminatlı ailələr və tənha yaşayan ahıl insanlara daim yardım edilib.
Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimov un bu kimi səxavətli addımları çox olub. Qəsəbə sakinləridə bələdiyyə sədrindən razıdırlar,nəyinki onun yardım sevərliyini, həmdə iş üslubunu alqışlayırlar.
Belə olduğu təqdirdə niyə bəzi zurnalistlər kor olub eşitdikləri əsassız yazıları yazırlar.
Bütün yazılan iftiralara cənab sədr video çəkliş edərək cavab verdi.
Biz belə başa düşürük ki,yayılan iftiralara doğru cavab ancaq bu addım ola bilərdi.
Telexeber.az kollektivi adından Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimov Firidun oğluna işlərində müvəfəqiyyətlər arzu edirik.