Azərbaycan yanğınsöndürənlərinin ölkəyə qayıdacağı tarix AÇIQLANDI
- 13.08.2021, 21:49,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Yaxın vaxtlarda Vətənə qayıdacağıq".
Telexeber.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Muğlada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib:
"Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcəyik. Hazırda 350 şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq".