Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədri Mehralıyev Rəfail İsa oğlu Azərbaycan dövlətinin ən məsuliyyətli vəzifələrindən birini icra edir. Rəfail müəllim bizim təsəffürümüzdə ciddi, məsuliyyətli, gülərüz, mehriban, vətənpərvər, dövlətə, millətə və Prezidenimizə sədaqətlə bağlı olan bir insandır.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail İsa oğludur.
Cənab sədr, gördüyü bütün işləri fərəhlə, zövqlə və böyük məsuliyyətlə yerinə yetirir! Onun fərəhi və zövqü yüksək və həssas musiqi duyumundan və yaradıcılığından, böyük məsuliyyəti isə “xalqın xidmətçisi” olmaq hissindən, dövlətçiliyimizə və prezidentimizə sədaqətindən yaranıb!
O, heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifəsini yüksək səviyyədə yerinə yetirib!