Artıq neçə ildir ki,Dünyada,eləcədə ölkəmizdə covid 19 virusundan xalqımız əziyyət çəkir.Düzdü bu virusa qarşı peyvəndlənmə aksiyası başladılsada,bəzi vətəndaşlarımız nədənsə qorxub peyvənd olunmurlar.Ancaq onu etiraf etmək istəyirəm ki,(gözlərimin şahidi olaraq) peyvənd olunanlar covid 19 virusunu yüngül keçirdirlər.Sağolsun, hərzaman xalqımızın qeydinə qalan Ölkə başçımız Cənab İlham Əliyev. Səhiyyə ocaqlarının əsaslı təmiri və yenidən qurulması,covid 19 a yoluxmuş xəstələr üçün ən müasir aparatların və dərman piriparatlarının ölkəmizə gətirilməsini təşkil edib.Bizlərdə öz öhdəmizə düşəni yerinə yetirməliyik ki,yoluxma dahada çoxalmasın,məs- ara məsafəsi saxlamalıyıq, sabunla əllərimizi tez-tez yumalıyıq,spirtdən istifadə etməliyik.
Bəs yaxşı həkimin öhtəliyi nələrdən ibrətdi?
Telexeber.az-a müxtəlif bölgələrdən müraciətlər olunur.Müraciətlərin çoxu həkim səhnənkarlığıdır ki,buda xəstənin ölümü ilə nəticələnir.Məhs səhnənkar həkimlərin ucbatından xəstələr xəstəxanadan çəkinirlər,çoxu bu virusa ev şəraitində müalicə alaraq qalib gələcəyini zənn edir.Əfsuslar olsun ki,bu yanlış fikirdi.Belə olduğu halda siz xəsdəliyi həm yaxınlarınıza yayırsınız,həmdə düzgün müalicə olunmadığınız üçün xəstəliyin müalicəsini gecikdirirsiniz,buda çox vaxt ölümlə nəticələnir.
Bu yaxınlarda mən və ailə üzvülərim hətta yaşlı anam covid 19 virusuna yoluxduq.İlk öncə yuxarıda qeyd etdiklərim kimi həkimə müraciət etməkdən çəkindik.Çünki həkimlər haqqında eşitdiklərimiz hamı kimi bizi də qorxudurdu.Bir həfdə boyunca ev şaraitində müalicə aldıq.Əfsuslar olsun ki,səhhətimiz düzələnə doğru yox,əksinə günü gündən səhhətimiz pisləşdi.Mən bu durumda əyaq üstədə olsam belə, başımı itirmişdim,artıq nə edəcəyimi bilmirdim.
Müraciət etdim,"Yeni Klinika" Tibb Mərkəzinin direktor vəzifəsini icra edən Musa Müəllimə.
Musa müəllim ilk öncə mənə sağlam ruh verdi.O,mənimlə elə əminliklə danışdı ki,mən özüm özlüyümdə bu xəstəliyə qalib gələcəyimə inandım.Musa həkim bizi dəvət etdi "Yeni Klinika" Tibb Mərkəzinə və bildirdi ki, bir həfdəyə ailə üzvlərimi sağaldacaq. Səhəri günü yaxınlaşdıq "Yeni Klinika" Tibb Mərkəzinə dərhal,prosüdurlara uyğun müayinə və müalicəmizə başlanıldı.Yeni Klinikada səliqə səhmanlığa,həkimlər tərəfindən gecə gündüz xəstələrə nəzarətini və xəstələrin gündəlik qidalanmasını görüb əlimiz üzümüzdə qaldı.Mən mətbuat işçisi olaraq bu qulluğu,nəzarəti heç bir səhiyyə ocağında görməmişdim.Bizim səhhətimizlə hərgün maraqlanan Aytən Haqverdiyevaya minnətdarlığımızı bildiririk. Dördüncü günümüzdə musa müəllim özü şəxsən bizi ziyarət etdi,demək olar ki,səhhətimiz yaxşılaşmışdır və söz veridiyi kimi, bizi bir həfdə sonra sağlam olduğumuzu bildirərək evə yola saldılar.Hal-hazırdada səhhətimiz əladır.
Telexeber.az-ın rəhbəri olaraq onu bildirmək istəyirəm ki,bu cür xəstəliklərlə mübarizədə həkimlərimizə müraciət etsəniz hərkəs üçün daha yaxşı olar.Sağolsun Prezidentimiz ki,bizlər üçün bucür şərait yaradıb və sağolsun "Yeni Klinika" Tibb Mərkəzinin direktoru Musa Abbasov ki,Dövlət başçımızın bu cür yaratdığı şəraitdən istifadə edib Xalqına canla başla quluq edir.