Sosial şəbəkələrdə müzakirə olunan asfaltlanma prosesi: Vətəndaşın iddialarına qurumdan CAVAB - VİDEO

Sosial şəbəkələrdə müzakirə olunan asfaltlanma prosesi: Vətəndaşın iddialarına qurumdan CAVAB - VİDEO
Siravi bir vətəndaşın hər hansı bir dövlət idarəsini və dövlət əməkdaşlarının gördüyü işi video lentə alıb sosyal şəbəkədə müxtəlif başlıq altında paylaşması,onların əziyyət çəkdiyi işi yerlə bir etməsi,hansısa bir iş adamının nüfusuna xələl gətirməsi,onları savadsızcasına tənqid etməsini bağışlamaq olmaz.Belə insanları qanun çərçivəsində cəzalandırmaq lazımdır ki,bu addımı birdə atanda ikidəfə fikirləşsinlər.

Masallı rayon Boradigah qəsəbəsində asfaltlama prosesi maraqlı müzakirəyə yol açıb.

Belə ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Vətəndaşlardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarına yaxınlaşaraq, yolun bir neçə hissəsində kiçik sahələrə tökülən daş qırıntılarının səbəbini soruşur. Əməkdaşlar isə vətəndaşa dolğun cavab verə bilmir.

Həmin hadisəni sosial şəbəkələr istifadəçiləri tərəfindən sərt tənqid ediblər.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, görüntülərdə qeyri-adi heç nə yoxdur, buna soyuq asfalt deyilir:

“Asfaltın çatlamış, dağılmağa yeni başlamış kiçik ərazilərə bitum tökülür, üzərinə isə qırmadaş. Daha sonra üzərindən hərəkət olduqca, yapışır və bərkiyir. Beləliklə, atmosfer sularının örtüyün daha dərin qatlarına daxil olmasının qarşısı alınır. Bu da asfalt örtüyünün tez bir zamanda sıradan çıxmasının qarşısını alır. Kənardan bu sahəni bilməyən insanlar üçün qeyri-adi görünər, amma belə bir üsuldan hər yerdə istifadə olunur”.
Популярный ролик