Fazil Mustafadan SƏRT TƏNQİD: Şəhidin qan pulusunu xımır-xımır yeyirlər, mütləq cavab verməlidirlər

Fazil Mustafadan SƏRT TƏNQİD: Şəhidin qan pulusunu xımır-xımır yeyirlər, mütləq cavab verməlidirlər“44 günlük müharibədə qazandığımız qələbənin nəticələrini pul formasında Müdafiə Nazirliyində xımır-xımır yeyiblər. Orta mərhələdə bu rəqəm 10 milyondan çoxdur, yuxarı qurumlarda bunun həcmi yəqin yüz milyonlarladır”.

Telexeber.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib . Deputat baş verənlərə görə parlament nəzarəti mexanizmi üzərində düşünməyi təklif edib.
“Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra biz o insanlara bəraət verilməsi ilə sevinirik. Bu bəraət nəyi dəyişəcək? Bu, həmin insanların sındırılmış həyatını yenidən bərpa edə biləcəkmi? Yox! Biz indidən bu məsələlər barədə düşünməliyik.

Müdafiə Nazirliyində yeyilən on milyonlarla pulu Mədəniyyət Nazirliyində yeyilən pulları eyniləşdirmək olmaz. Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün bir dövlət, cəmiyyət, parlament olaraq məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik. Bu zaman insanlar görəcəklər ki, ordu müqəddəs yerdir və burada haram işlərlə məşqul olmaq olmaz” - deyə Fazil Mustafa bildirib.
  • Нравится
  • 0
  • Lloyd
  • 15-02-2022, 13:40
  • : 13:40
Good day! I know this is kind of off topic but I was wondering which
blog platform are you using for this site? I'm getting sick and tired of Wordpress because I've had problems with hackers and I'm looking at options for another platform.
I would be fantastic if you could point me in the direction of a good platform.



Also visit my web-site: built by black history month
действия
Популярный ролик