“Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 176 uşaq ölüb, 324 uşaq isə yaralanıb”.
Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 500-dən çox uşaq xəsarət alıb. Aprelin 8-də isə Donetskin Kramatorsk dəmir yolu vağzalına raket hücumu nəticəsində 5 uşaq ölüb, 15-i yaralanıb.
Uşaqlar daha çox Donetsk (102 nəfər), Kiyev (91), Xarkov (76), Çerniqov (50), Nikolayev (40), Luqansk (35), Zaporojye (35), Xerson (29) vilayətlərində, Kiyev (16), Sumı (16), Jitomir (15) şəhərlərində xəsarət alıb.