Azərbaycan müstəqillik qazandıqdan sonra dünya siyasi orbitinə düşməsinə
baxmayaraq, xarici siyasət sahəsində ilk uğurlu addımları ümummilli lider Heydər Əliyev
təkrar hakimiyyətə gələndən sonra formalaşmağa başladı. Ölkəmiz dünyaya etibarlı
tərəfdaş kimi təqdim olundu və bu təqdimat özünü çox gözlətmədi. Məhz Ümummilli
liderin peşəkarlığı nəticəsində 1994-cü ilin may ayında atəşkəs əldə olundu və sentyabr
ayının 20-də “Əsrin müqavilsi” imzalandı. Ölkəmiz sürətlə dünyaya inteqrasiya
olunmağa başladı və iştirak etdiyi bütün layihələrdə etibarlı, güvənli bir dövlət kimi öz
yerini və tərəfdaş ciddiyyətini bu günə qədər uğurla qoruyub saxlayır.
Ölkəmizin iştirak etdiyi bütün layihələrlə bağlı verdiyi qərarlar, gördüyü tədbirlər,
öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qorunması sahəsində
göstərdiyi siyasət dövlətimizin müsbət imicinin formalaşması ilə nəticələndi. Ümummilli
liderin layiqli davamçısı olan İlham Əliyev nəinki Azərbaycanın ona etibar edilmiş
müsbət imicin qoruyub saxladı, həm də onu kifayət qədər yaxşılaşdırmağı bacardı. Artıq
ölkəmiz yalnız sosial-iqtisadi sahələrdə deyil, həm də siyasi və hərbi-təhlükəsizlik
sahələrində həyata keçirdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində də özünü
etibarlı bir tərəfdaş kimi qəbul elətdirib. Çünki Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları
ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi və üzərinə
götürdüyü öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi siyasətini həyata keçirməklə
beynəlxalq siyasi arenada özünü, güvənilə bilən bir ölkə kimi təqdim etməyi bacardı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev peşəkar siyasətçi
olduğuna görə, dövlətin xarsi siyasət kursunda öhdəliklərin yerinə yetirilməsi sahəsində
həmişə ardıcıl və səmimi olmuşdur. Ölkə başçısı tez-tez öz çıxışlarında vaxtaşırı olaraq
xarici siyasətin əsaslarına toxunur və bu siyasət barədə ətraflı məlumat verir. Xarici
siyasət sahəsində ölkəmiz milli maraqların qorunması şərti ilə beynəlxalq hüquqa
əsaslanan bir siyasət sərgiləyir. Məqsəd qoşulduğumuz və razılaşdığımız ikitərəfli və
çoxtərfli əməkdaşlıq sahəsində yeni uğurların qazanılmasıdır. Azərbaycan beynəlxalq
təşkilatlarla da eyni siyasəti həyata keçirir. Belə ki, ölkəmiz 1992-ci ildə BMT-nin üzvi
kimi həmin təşkilatın bütün prinsiplərinə əməl edir və iştirak etdiyi bütün səsvermə
proseslərində ancaq haqqa və ədalətə səs verir. Ölkəmiz uzun müddət ərazi
bütövlüyünün bərpasında əziyyət çəkdiyinə görə, istər BMT-də, istərsə də digər
beynəlxalq təşkillatlardakı səsvermələr zamanı həmişə Ukraynanın, Moldovanın və
Gürcüstanın ərazi bütövlüyünü qoryan bir ölkə kimi səs verib. Eyni zamanda həmin
ölkələrdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər.
Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla
keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada
tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik
ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata
keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər
makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü
potensial yaratmışdır.
Hər cür beynəlxalq və regional siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq
ölkəmiz öz imicini qoruyub, saxlamağı bacarmışdır. Azərbaycanın yürütdüyü uğurlu və
uzaqgörən xarici və daxili siyasəti, onu Cənubi Qafqaz regionunda ən sabit və ən
qüdrətli lider bir dövlətinə çevirmişdir. Ölkəmiz ötən əsrin sonlarından etibarən iştirak
etdiyi bütün beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur, logistika və digər
layihələrin hamısını uğurla başa çatdırmışdır. Məhz bu xüsusiyyət ölkəmizi dünya,
Avropa və qonşu ölkələr üçün neft və qaz ilə təchiz edən etibarlı ölkəyə çevrmişdir.
Azərbaycan artıq nəinki özünü elektrik enerjisi ilə təmin edir, həm də onu xarici ölkələrə
ixrac etməklə böyük vəsait qazanır.
Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə
müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda
mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan
Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı
şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.
Məhəmməd Ağayev,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin direktor əvəzi