Ərdoğan meydan oxudu - Bizə F-35 vermək istəmirlər: Vecimizə deyil
- 31.08.2022, 14:56,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bizə F-35 vermək istəmirlər. Aldığımız müdafiə sistemlərinə görə etiraz edilər. Absurd məsələlərə görə, ambarqolar tətbiq edirlər. Açığını deyim ki, heç biri bizim vecimizə deyil”.
Telexeber.az xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Gününə həsr olunmuş tədbirdəki çıxışı zamanı belə deyib. O bildirib ki, ABŞ S-400 alan Hindistana heç bir sanksiya tətbiq etməyib.
“Məsələ rus hava hücumundan müdafiə sistemlərinin ABŞ məhsulları ilə birlikdə istifadəsi deyil. Məsələ birbaşa Türkiyədir. Bizə verilməyən istənilən məhsulu istehsal etməyə qadirik” – Ərdoğan deyib.