Deputat Serbiyanın qalib olmasını istədi - Səbəb Azərbaycana göstərilən hörmətdir

Deputat Serbiyanın qalib olmasını istədi - Səbəb Azərbaycana göstərilən hörmətdir"Hər zaman Braziliyaya azarkeşlik etmişəm. Amma indi Serbiyanın udmasını istəyirəm. Çünki Serbiya Azərbaycan Prezidentini yüksək səviyyədə qarşıladı".

Telexeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Serbiya- Braziliya matçından əvvəl deyib. O qeyd edib ki, həmişə Braziliyaya azarkeşlik edib. Lakin Serbiyanın Azərbaycana göstərdiyi hörmətə görə, adıçəkilən ölkənin qalib olmasını istəyib:


"F-16-lar Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib qəbul etdi və yola saldı. Bu, Azərbaycana göstərilən hörmət idi. Qoy qalib Serbiya olsun. Amma Braziliya çox güclü təsiri bağışlayır. Sadəcə, mən mövqeyimi açıqladım".

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya ilə qarşılaşıb. Matç braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Популярный ролик