Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Yasamal rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Həbib Əzizovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yasamal rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Həbib Əzizovdur.
Yasamal rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Həbib Əzizov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Həbib Əzizov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yasamal rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Həbib Əzizova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Yasamal rayon Enerji təchizatı və satışı idarəsinin rəisi Həbib Əzizov - “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
Bildirildi ki, 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti - quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.
“Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müştərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarında, həmçinin alternativ və bərpa olunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.
Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq layihənin reallaşdırılması üzrə 3 mərhələdən ibarət planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddətini keçən və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyalarının genişləndirilərək tam yenidən qurulması və “Ağcabədi” yarımstansiyasından 132 kilometr, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksəkgərginlikli elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulub. Artıq “Ağcabədi” yarımstansiyasından Cəbrayıla 330 kilovoltluq xəttin çəkilməsinə başlanılıb.
Eyni zamanda, Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyasında işlərin böyük hissəsi görülüb.
İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikaya 255 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək və 330 kilovoltluq “Naxçıvan” yarımstansiyası tikiləcək.
Üçüncü mərhələdə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün muxtar respublikanın qardaş ölkəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə Avropa enerji standartlarına uyğun 400 kilovoltluq çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək. Bununla da, böyük strateji əhəmiyyətə malik layihə reallaşdırılacaq.
Tədbirdə Azərbaycan enerji sisteminin ixrac və tranzit perspektivləri haqqında təqdimat nümayiş olundu. Bildirildi ki, Prezident İlham Əliyevin 2022–ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkənin elektrik enerjisi üzrə ixrac potensialının 1000 meqavatdan 5000 meqavata çatdırılması barədə tapşırığına uyğun olaraq, “Azərenerji” tərəfindən müvafiq araşdırmalar aparılıb, ilkin razılaşmalar əldə edilib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha geniş coğrafi miqyasda genişləndirilməsinə çalışmaqla, bütövlükdə türk dünyasının qəbul etdiyi, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Dövlət başçısı İlham Əliyevə ötən il Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi də türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələrin təqdimatı oldu.
Cənab İlham Əliyevin cari ildə türkdilli dövlətlərə, həmin ölkələrin dövlət başçılarının isə Azərbaycana səfərləri münasibətlərin yüksələn xətlə inkişafının göstəricisidir. Hər səfərdə müzakirə olunan məsələlər, əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsi gələcək inkişafın aydın mənzərəsini yaradır. Cənab İlham Əliyevin Qırğızıstana, onun ardınca Qazaxıstana işgüzar səfəri də bu kimi məqamların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirildi. Qazaxıstan Prezidenti “Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır: “Düşünürəm ki, bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.”
Onu da qeyd edək ki, hər bir beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər iştirakçı dövlətlərin malik olduqları imkanların, dünya birliyində yeri və rolunun təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası və MDB Dövlət Başçıları Şurasının iclası xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı İlham Əliyev həm 30 illik işğal, həm də postmünaqişə dövrünün reallıqlarını tədbir iştirakçılarına çatdırdı. Bir daha bu statistika diqqətə çatdırıldı ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlanıb. Böyük Qayıdış adlanan proqram artıq başlayıb.
Cənab İlhan Əliyev bu məqamlara da diqqəti yönəltdi ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir, bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.
MDB Dövlət Başçıları Şurasının iclasında diqqət yönəldilən məsələlərdən biri Azərbaycan tərəfinin sülh müqaviləsi təklifi və Ermənistanın təxribatları ilə bu prosesin uzanmasına çalışması oldu. Ermənistan keçirilən Brüssel və Praqa görüşlərində Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edir, sülh müqaviləsinin imzalanması ilə bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşməsinin vacibliyini təsdiqlədiyi halda sonrakı mərhələdə hər vəchlə bu prosesin uzanmasına səy göstərir. Bu baxımdan Praqada keçirilən dördtərəfli görüş diqqətdən kənarda qalmadı. Azərbaycan xoş məram nümayiş etdirib Fransa Prezidentinin bu görüşdə iştirakına icazə versə də Emmanuel Makron görüşdən bir həftə sonra təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə apardı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
Dövlət başçısı postmünaqişə dövrünün reallıqlarının hər birini əsaslı şəkildə diqqətə çatdıraraq bildirdi ki, həmkarlarımı baş vermiş hadisələr haqqında məlumatlandırmağı zəruri hesab etdim, çünki baş verənlər barədə müxtəlif versiyalar dolaşır. İstədim ki, yeganə həqiqi versiyanı mənim özümdən eşidəsiniz.
Qısa təhlil əsasında tarixi Zəfərimizin Azərbaycanın beynəlxalq nüfuzuna, türkdilli dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafına davamlı töhfələr vermək istəyinin şahidi olduq. Azərbaycan hər zaman bu çağırışı səsləndirir ki, gücümüz birliyimizdədir.