"Adlarını sülənənməramlı qoymuşam" - Aqil Abbas
- 08.12.2022, 08:59,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Terroru maliyyələşdirən ABŞ, Fransa, Rusiyadır. Bu günə qədər Ermənistanı silahlandıran bu ölkələrdir".
Telexeber.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Aqil Abbas bildirib.
Aqil Abbas deyib ki, bütün hadisələr sülhməramlıların gözünün qarşısında olur: "Mən onların adını sülənənməramlı qoymuşam. Bunların adını çəkməkdən qorxmayaq. İran da namərd ölkədir. Bunu bilirik. Amma o birilərin də adını çəkək".