Haqqı görməyən gözün HƏDƏFİ: BDYPİ- də nə baş verir deyənlərə SÖZARDI

Haqqı görməyən gözün HƏDƏFİ: BDYPİ- də nə baş verir deyənlərə SÖZARDI
Ölkə mediasında bir qrup şəxlər var ki, əllərində olan resuslardan ya pul qazanmaq üçün ya da bilərəkdən narazılıq yaradaraq qarayaxma şəbəkəsi yaratmaqdadır. Həmin resuslardan istifadən edən bu media mənsublarının sanki son zamanlarda seçdiyi hədəfi DİN-də vəzifə tutan şəxslərdir. Bu nəyin göstəricisi və qisasıdır anlamaq çətindir. Amma, bilinən odur ki, bu gün ölkəmizdə tam güvənə bildiyimiz, əməyi ilə ucalan polislərimizin fəaliyyətini kimlərsə həzm edə bilmir. Bu səbəbdən də seçilən hədəf DİN olur.Beləki, nümunə olaraq narazı bir media rəhbərliyinin ərsəyə gətirdiyi QARAYAXMADAN qısa haşiyə çıxaq:"...Cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri məhz DYP-nin fəaliyyəti ilə bağlıdır Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır. 2019-cu ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlunun adı son təyinata qədər mətbuatda bir çox qalmaqallı məsələlərə görə hallanıb.Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verir...?" ifadəsi isə həqiqətən absurtdur.Əslində mətində olan ifadələr əzbərçilikdən irəli gələn ifadələrdir. Çünki bu tipli terminlər illərdir öyrədilən narazı media mənsubları tərəfindən sürəkli həyat tərzi olub. Yəni deməyim odur ki, yazılan mətin tamamilə həqiqəti əks etirmir. Yazını təhlil edəndə məlum olur ki, bu şəxs kimdirsə öncədən dərsini əzbərliyərək hazır gəlib və gərəksiz bulanıq işlərə baş qoşub."Hörmətli" media mənsubu, sizlər görə və eşidə bilmirsinizssə bir də mən ərz edim:
Hörmətli Prezidentimiz tərəfindən illərdir ölkəmizdə aparılan dərin islahatlar və dəyişdirilən qanunlar Azərbaycanımızı günü - gündən gücləndirir. Eləcədə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun apardığı islahatlar və dəyişikliklər də buna əyani sübutdur. Bu da ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır və sevilir. Bu islahatın bir qismi də Dövlət Yol Polisinə aid edilən əmrlər və yeniliklərdir ki, sistem köklü şəkildə dəyişdirlilib. Və, bundan da həzm edə bilməyən gizli qüvvələr var ki, üzünü qara- piarla məşğul olan mediaya tutur. Nəticə də " Yel qayadan nə aparar ki..." ata sözünə gətirib çıxarır.
Qeyd üçün hər kəs bilməlidir ki, dəyişən qanunlar ali, artan rüsumlar isə qanundur. Polisimiz də, həkimimiz də, jurnalistimiz də bu qanunlar qarşısında eynidir. Dövlət tərəfindən dəyişdirilən qanunlara və artırılan rüsumlara görə BDYPİ-də həmin qanunlarla işini icra edən əməkdaşlara qarşı bari vicdanlı olun. Həqiqəti görün və eşidin. Axı, haqqı görməyən göz kor, eşitməyən qulaq isə kardır!
Популярный ролик