Ölkəmizdə fəaliyyət göstərən, Məmmədov Seymur Fikrət oğluna məxsus “Ağ süd"müəssisəsi , keyfiyyətli və hər kəsin ağız dadına uyğun, çeşidli məhsullar istehsal edir.Telexeber.az-ın araşdırması nəticəsində məlum oldu ki,Seymur müəllimin rəhbərliyi altında fəaliyyət göstərən süd məhsullarının istehsalı müəssisəsində, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə tam və qanuni şəkildə əməl olunur.Çeşidli süd məhsullarını hazırlayan texniki avadanlıqlar, almaniyadan gətizdirilib.
“Ağ süd"müəssisəsinin rəhbəri Telexeber.az-a bildirir ki,bizim üçün ilk növbədə insanların sağlıqlı qidalanması önəmlidir.Biz ölkədə reklamlarla brend olmaq istəmirik,xalqın sevgisini,etibarını zəhmətimizlə qazanmaq istəyirik və gündəlik təlabat onu göstərir ki,biz bu arzumuza zəhmətimizlə nail oluruq.
Onuda diqqətinizə çatdırım ki, Seymur müəllim bir çox Şəhid ailələrinə və Qazi qardaşlarımıza maddi,mənəvi dəstək olub,ehtiyacı olan ailələrə ərzaq yardımı edib,ancaq bir çoxları kimi reytinq üçün bunu sosial şəbəkələrdə reklam etməyib,gizlin qalmasını istəyib.
Bu cür vətəninə bağlı,xalqını sevən insanları tanıdıb, oxucuların diqqətinə çatdırmaq bizim vəzifə borcumuzdur.İnsanlar,işini layiqli,qüsursuz görən yardım sevər iş adamlarını tanımalıdır.