Ağsu sakininin müraciəti Türkiyədə gündəm oldu - VİDEO
- 27.02.2023, 12:30,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda sakinlərdən biri yazılı müraciət edərək, Türkiyədəki zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə böyrəyindən birini göndərmək istəyir”.
Telexeber.az xəbər verir ki, Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması adlı dərnəyin könüllələri Cnn türk-ə belə açıqlama verib. Onların sözlərinə görə, müraciət edən şəxs 1960-cı il təvəllüdlü Ağsu rayonu sakinidir. Türk könüllünün sözlərinə görə, Ağsu sakini müraciətində qeyd edib ki, əməliyyat zamanı xoşagəlməz hadisə baş verərsə, məsuliyyət tamamilə onun özünün üzərindədir. Ağsu sakini buna könüllü olduğunu ifadə edib.
Qeyd edək ki, Azərbaycanda işləyən türk iş adamları Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması adlı dərnək qurublar. Onlar Azərbaycanda yığılan yardımların Türkiyəyə göndərilməsinə vasitəçilik edirlər.