Ərdoğan zəlzələ bölgəsinə getdi - Halallıq istədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək məqsədilə Adıyamana səfər edib.

Telexeber.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan bəzi açıqlamalar verib. O qeyd edib ki, 62 mindən çox zəlzələdən sonra bölgədən təxliyə edilib:


"Təəssüf ki, zəlzələlərin dağıdıcı təsiri, əlverişsiz hava şəraiti və zədələnmiş infrastrukturun gətirdiyi çətinliklər səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Bunun üçün sizdən halallıq istəyirəm", - deyə Ərdoğan bildirib.

Prezident həmçinin zəlzələdən zərərçəkənlərə yardımların ediləcəyini vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da baş verən zəlzələrdən sonra Türkiyədə ümumilikdə 44 min 374 nəfər həlak olub.
Популярный ролик