Nazirliyinin bu səhvi üzündən orijinal tikililər sökülmək təhlükəsi ilə üzləşib - BŞİH
- 02.03.2023, 12:09,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib".
Telexeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirəsində qeyd edilib.
Müşavirədə bəzi respublika təşkilatlarının və icra hakimiyyətinin müvafiq strukturlarının işi sərt şəkildə tənqid edilib. Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən onlar sökülmək təhlükəsi ilə üzləşib. Yalnız Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib:
"Nazirlik tərəfindən memarlıq binalarının yeni inventarlaşdırılmasına başlanıldığı və bu proses müsbət istiqamətdə inkişaf etdiyi üçün rayon icra hakimiyyətlərinə bu işə qoşulmaq tapşırılıb, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün konkret tədbirlər müəyyən edilib. Paytaxt rayonlarının icra hakimiyyətlərinə tapşırılıb ki, Memarlar İttifaqı və digər təşkilatlarla razılaşdırmaqla mədəni-tarixi dəyəri olan memarlıq tikililərinin tam siyahısını qısa müddətdə müəyyənləşdirib Mədəniyyət Nazirliyinə təqdim etsinlər", - deyə məlumatda qeyd olunub.