Ölkənin bir nömrəli ekstrasensi.


Məlumat üçün onu bildirək ki,Etibar Nəsibov 1979-cu ildə Qərbi Azərbaycanda anadan olub. İxtisasca ali təhsilli hüquqşünasdır.
Etibar Nəsibov: ”Allah insanlara ruzi verirsə, insanlar həmin ruzini xeyirli işlərə sərf etməlidir. Mən heç vaxt bu barədə danışmamışam. İnsan bu dünyadan köçdükdən sonra hansı izlər qoycağını düşünməlidir. Bunu düşünürsə, məncə o insan müdrik insandır. İnsan qazandığı ruzidən xüms verməlidir. Mən bundan başqa dövlətə vergi də verirəm. Qazandığım puldan Azərbaycan dövləti və ya vətəndaşlarına xeyir verə bilirəmsə, bununla yalnız fəxr edə bilərəm”.
"Ekstrasenslik –eksrologiya elmi 6-cı hisslə bağlıdır. Mən 13 yaşımdan bu işlə məşğulam. Hər bir insanda 6-cı hiss var. Mən falçılardan fərqli olaraq , kartla və ya hər hansı müqəddəs kitabdan istifadə etməklə proqnoz demirəm. Mən istənilən məkanda insanın üzünə baxmaqla onunla bağlı proqnozlarımı rahatlıqla deyə bilərəm. Bu qeyri-adi, ilahi bir hissdir. Cindarlar və ya falabaxanlarda isə bu hisslər yoxdur və ya çox azdır.Peyğəmbərimiz qeyd edib ki, mən sonuncu elçiyəm və məndən sonra peyğəmbər gəlməyəcək. Eyni zamanda peygəmbər də cinlərin var olmasını Qurandakı ayələrdə təsdiqləyib. 12 cin məlumdur. Onların bir qismi xeyirxah cinlər hesab edilir. Cindarların çoxu mənfi işlər üçün pis cinlərin vasitəçiliyindən istifadə edir. Cinlər özü də mələkdir.Quranla fala baxmaq günahdır. Cindarlığını gizlətmək üçün ondan istifadə edənlər var. Quranda heç kimin taleyi haqqında məlumat yoxdur. Qurandan formal olaraq istifadə edirlər."
Xatırladaq ki, Etibar Nəsibov həm də xeyriyyəçi kimi də insanlara kömək edir. O, 1994-cü ildən etibarən mütamadi şəkildə müxtəlif xeyriyyə tədbirləri təşkil edib. Onun xeyriyyəçilik fəaliyyəti indidə davam edir. Dəfələrlə Milli Ordunun və Donor təşkilatlarının hesabına pul vəsaiti köçürüb, müxtəlif
müəlliflərin bir neçə elmi-bədii, publisistik, bədii əsər və şeirlər kitablarının işıq üzü
görməsi üçün lazım olan maliyyə xərclərini öz üzərinə götürmüş, şəhid ailələrinə,
əlil veteranlara və imkansız tələbələrə əl tutub.
Etibar Nəsibov, Allahın ona bəxş etdiyi bu ilahi hissi, ona müraciət edən vətəndaşlar üçün tam təmannasız həyata keçirir və ona inanıb müraciət edənlərin sayını gündəlik hesab etsək, rekord həddə çatar.Allahdan bu xeyirxah qardaşımıza, can sağlığı arzu edirik.
Популярный ролик