Azərbaycan xalqı 32 il öncə fevral ayının 26-da törədilmiş Xocalı soyqırımının qurbanlarını rəhmətlə anır.Bu barədə Telexeber.az-a açıqlamasında 2 saylı Dəmiryolu Poliklinikasının baş həkimi Həmzə Həsənov deyib ki, Xocalı soyqırımı ermənilər nə qədər də gizlətməyə çalışsalar da, faciə danılmaz, silinməz fakt olaraq qalacaqdır:
“Bu gün təəssüf doğuran məsələ odur ki, dünya bu işlərə susqunluq nümayiş etdirir. Azərbaycan prokurorluğu, Hərbi Prokurorluq 365-ci alaya və orada iştirak edən şəxslərə qarşı bu cinayət işlərinin araşdırılması ilə məşğuldur. İnterpola xeyli axtarışa verilmiş cinayətkarlar var. Son vaxtlar Xocalı hadisəsini törətmiş bir çox erməninin məhz bu prosesdə iştirakı sübut olunub və onlar da həm şahid, eyni zamanda cinayətkar kimi ifadələr verməkdədirlər”.
Həmzə Həsənov bildirib ki, erməni quldurları və onların havadarlarının bütün müharibə qanunlarını pozaraq Azərbaycan xalqına qarşı qorxutmaq məqsədilə atdığı bu dəhşətli addımlar onların həyatında ləkə olaraq qalacaq:
“Xocalı soyqırımı qara bir ləkədir, ermənilərin həyatından silinməyəcək və Azərbaycan xalqı heç vaxt bunu unutmayacaqdır. Bu soyqırım nəticəsində 600-dən çox həmvətənimiz həlak olub, eyni zamanda itkin düşənlərimiz, girov götürülənlərimiz olub.
Qətliamdan 32 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı həmin anları unutmadı, yada saldı və öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün qurulmuş abidəni ziyarət etdilər. Biz bir daha bxarici və daxili siyəsətimizin dönməz olduğunu dünyaya nümayiş etdirdik”.