Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) nin ağsaqqalı kimi tanınan Ramiz bəy köməklik əsnasında ona müraciət edən 2 ci qrup hərbi əlilin öncə kart hesabını aldı, sonra heçbir köməklik etmədən mobil nömrəsini qara siyahıya atdı.
Ümumiyyətlə Qarabağ əlillərinə,veteranlara,vətən uğrunda canını,sağlamlığını fəda etmiş qardaşlarımıza, iş adamlarının belə münasibəti qəbul edilməzdir.Biz dilimizdə yox,əməlimizdə də qardaşlığı göstərməliyik ki,veteranların hər hansısa bir problemini həll edə bilək.Axı onlar bizim üçün əlil olublar və bugün ki, günü işləmə qabiliyyəti çoxunda yoxdu.Bizlər üçün canını fəda edən qəhrəmanların şücaəti qarşılığında, imkan olan yerdə kart hesabını istəyib mobil nömrəsini qara siyahıya atmaq, bax bu mətbutda gündəm olacaq.
Onların bir günlük ağrısına heçbir sağlam canla dözə bilmərik.Çalışaq insanlıq göstərək,bu həssas təbəqədə əlillərə bacardığımız qədər köməklik göstərək,köməklik edəcək imkanın yoxdursa Bakı Əyləncə Mərkəzi (BƏM) kimi,heç olmasa ən azından dua edək,xoş qarşılayıb xoşluqla yola salaq.Hərbi əlillərin bundan sonrakı həyatları onsuzda qara gündədir, birdə biz böyüklük edib onları qara siyahıya atmayaq.
Məsələni diqqətimizdə saxlayacağıq,qarşı tərəfin fikrini,mövqeyini dərc etməyə hazırıq.