Əliyevin "Banlasalar" mesajı bu ölkəyə olub - Şuşadan XƏBƏRDARLIQ / ŞƏRH
- 10.11.2022, 08:31,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Siyasi şərhçi Asif Nərimanlı Prezident İlham Əliyevin Şuşadakı “Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz” bəyanatını şərh edib.
Telexeber.az xəbər verir ki, şərhçi belə deyib:
"Azərbaycanı Ermənistana görə açıq şəkildə ittiham edən əsas ölkə Fransadır, hətta bir həftə sonra sanksiyalar məsələsini gündəmə gətirməyə hazırlaşırlar. Fransanın simvolu xoruzdur, Əliyev də “banlamaq” ifadəsini seçməklə bu ölkəyə işarə edir və banlamağın heç nəyi dəyişdirməyəcəyi mesajını verir. İfadə seçimi xüsusilə maraqlıdır".