1977-ci ildən 1981-ci ilə qədər 6 № li Uşaq Xəstəxanasında klinika-diaqnostik laboratoriyasında tibbi laborant vəzifəsində çalışmış,körpələrimizin sağlamlığının keşiyində duran ELMİRA ƏLƏKBƏROVA, 1981-ci ildən bu günə kimi də, şagirdlərə,tələbələrə təhsil vermiş,elimə yiyələndirmişdir.Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.Bir ağacın üzərində bağbanın nəqədər əziyyəti varsa,şagirdində elimə yiyələnməsində müəllimin əziyyəti böyükdür.Ağacın bar verməsi bağbanı sevindirir (əziyyətinin bəhrəsini görür) , şagirdin,tələbənin savada,elimə,biliyə və ən əsası diploma sahib olması,müəllimələrin sevincidir ki,buda valideyinlərin ən böyük arzusudur.
23.10.2022 ci ildə 65 illiyini qeyd edən (yubileyini) ELMİRA Müəllimə ömrünün 41 ilini şagirdlərə,tələbələrə həsir edib və hal-hazırda da, Bakı şəhəri Suraxanı rayonunda yerləşən 87 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edir.Bizdə fürsətdən istifadə edərək,Telexeber.az-ın kolleqtivi adından,başda rəhbərimiz olmaqla ELMİRA mülliməmizin yubileyini təbrik edirik. Bu şərəfli yolda ona can sağlığı,uzun ömür arzu edirik.