Poliklinikaların işində niyə problem yaranıb? - AÇIQLAMA
- 28.08.2024, 13:04,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.
Bu barədə Telexeber.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Bildirilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sistemində problemlərin olduğu bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.